Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













İntellektual Oyunlar Olimpiadası keçirilmişdir

      24 fevral 2020-ci il tarıxdə Babək rayon Mədəniyyət Sarayında yeniyetmələr arasında “İntellektual Oyunlar Olimpiadası”nın Babək rayon mərhələsi keçirilmişdir.

Olimpiadanın keçirilməsinin məqsədi yeniyetmələrin intellektual fəaliyyətə cəlb edilməsi, onların bu sahədə bilik və bacarıqlarının artırılması, intellektual səviyyələrinin, dünyagörüşlərinin, zehni inkişaflarının stimullaşdırılması, onlar arasında bilik və elmin nüfuzunun artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsidir. Olimpiada çərçivəsində 3 intellektual oyun-“Xəmsə” , “Vətəni tanı” və "Poliqon" intellekt oyunları vahid turnir şəkilində keçirilmişdir. Sonda “Poliqon” Starteji İntellekt Oyununda Babək qəsəbə 1 №- li tam orta məktəbinin "Turan” komandası I yerə, Nehrəm kənd 1 №-li tam orta məktəbinin “Çıraq" komandası II yerə, Hacıvar kənd tam orta məktəbinin “Zirvə” komandası III yerə , “Vətəni tanı” İntellektual Oyununda Babək qəsəbə 1 №- li tam orta məktəbinin “Palata 13” komandası I yerə, Nehrəm kənd 1 №-li tam orta məktəbinin "Qarabağ" komandası II yerə, Cəhri kənd 1 №-li tam orta məktəbinin "Qızıldağ” komandası III yerə, “Xəmsə” Milli İntellektual Oyununda Hacıvar kənd tam orta məktəbinin “Ay işığı” komandası I yerə, Babək qəsəbə 1 №- li tam orta məktəbinin “Mübariz” komandası II yerə, Qahab kənd tam orta məktəbinin “Kimya” komandası III yerə çıxmışlar. Qalib komandalara təşkilatçılar tərəfindən diplom, komanda üzvlərinə isə fəxri fərmanlar və oxunması zəruri olan kitablar təqdim olunmuşdur. Qeyd edək ki, qalib komandalar may ayında təşkil olunacaq “İntellektual Oyunlar Olmpiadası”nın muxtar respublika birinciliyində Babək rayonunu təmsil edəcəklər.

100-dən çox yeniyetmənin iştirak etdiyi Olimpiada Gənclər və İdman, Təhsil nazirliklərinin, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
24.02.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020