Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Labirint” strateji intellekt oyunu üzrə birincilik keçirilib

      Bu gün Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Sahil Parkında “Labirint” strateji intellekt oyunu üzrə birincilik keçirilib.

Tədbirin əvvəlində Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov və Gənclər Fondunun əməkdaşı Çingiz Ağayev çıxış edərək bildiriblər ki, birinciliyin keçirilməsində əsas məqsəd iştirakçıların strateji düşüncə qabiliyyətlərini stimullaşdırmaq, onlara analitik düşüncə tərzini aşılamaq və gənclərin asudə vaxtının səmərəli təşkil olunmasından ibarətdir. Sonra püşkatma olub və iştirakçılar yarışa başlayıblar.

16 gəncin mübarizə apardığı oyunda yekun nəticələrə əsasən I yerin qalibi Dürayə Məmmədli, II yerin qalibi Məşdi Ələkbərov, III yerin qalibi isə Samir Qəhrəmanov olub. Qaliblər təşkilatçılar tərəfindən diplomla təltif olunub və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
24.06.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020