Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Şahmat üzrə muxtar respublika birinciliyi keçirilmişdir

      24 avqust 2020-ci il tarixdə "12 avqust-Beynəlxalq Gənclər Günü" münasibətilə Naxçıvan Şahmat Mərkəzində gənc müəllimlər arasında şahmat üzrə muxtar respublika birinciliyi keçirilmişdir.

Birinciliyin keçirilməsində məqsəd ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında intellektual idman növü olan şahmat oyununu təbliğ etmək və kütləviliyini artırmaq, gənc müəllimlərin asudə vaxtlarını səmərəli təşkil etmək və bu sahədə mütəxəssislərin hazırlanmasına geniş imkanlar açmaq olmuşdur. Birincilik Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Gənclər Fondu və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə təşkil olunmuşdur. “İsveçrə ” sistemi ilə 7 turdan ibarət keçirilən birincilikdə 46 şahmatçı birincilik uğrunda mübarizəyə qoşulmuşlar. Sonda kişi idmançılar arasında mübarizədə Hüseynov Famil III, Zeynalov Tural II, Hüseynzadə Əli I, qadın idmançılar arasında mübarizədə İsmayılova Nərmin III, Şükürova Fəridə II, Məmmədova Lamiyə I yerlərin sahibi olmuşlar. Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
24.08.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020