Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Tələbə gənclər proqlamlaşdırma təlimində

      Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və “Optimal Qrup” MMC-nin birgə təşkilatçılığı ilə "Workshop" lahiyəsinə start verilib. Layihə çərçivəsində ilk seminar Naxçıvan Dövlət Universitetində təhsil alan və bu sahəyə marağı olan 30 tələbənin iştirakı ilə Gənclər Mərkəzində reallaşıb.

Tədbirdə nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva çıxış edərək deyib ki, muxtar respublika gənclərinin şəxsi inkişafı və karyera imkanlarının artırılması, elm, təhsil, mədəniyyət, idman, o cümlədən digər sahələrdə istedadlı kadr kimi formalaşması üçün əməli addımlar atılır. Məqsədimiz dövlət gənclər siyasətinin icrasına nail olmaqla gənc nəslin uğurlu gələcəyi üçün yeni imkanlar yaratmaqdır.

“Optimal Qrup” MMC-nin rəhbəri Murad Rüstəmov layihə haqqında məlumat verərək, müasir dövrdə proqramlaşdırma biliklərinin önəmli olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, seminar iştirakçıları bir neçə saat ərzində bu sahə ilə bağlı lazımi məlumatlar əldə edəcək və bunun əsasında praktiki addımlar icra edəcəklər.

Sonra seminara start verilib. Təlimiçi – informatika müəllimi İsmayıl Şirzadov gənclərə bir proqramın ən sadə formada, uzun zaman itirilmədən hazırlanması, proqramlamanın əsas məntiqi, onun əsas strukturu, iş prinsipi, həmçinin veb səhifələrin yaradılması istiqamətində məlumatları diqqətə çatdırıb, proseslərin icrasını gənclərlə paralel şəkildə icra edərək onların bu işdə müstəqil fəaliyyətinə zəmin yaradıb.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
24.11.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021