Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan paralimpiyaçısı Avropa çempionatında

      Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının üzvləri baş məşqçi İlham Məhərrəmovun rəhbərliyi altında İspaniyanın Sevilya şəhərində keçirilən Avropa Açıq çempionatında iştirak etmək üçün yola düşüblər. Qitə çempionatında iştirak edəcək milli komandanın tərkibinə Naxçıvan Paralimpiya Federasiyasının idmançısı Qafqaz Hüseynov da cəlb olunub.

Qeyd edək ki, 22 noyabr – 1 dekabr tarixlərini əhatə edən çempionat Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
24.11.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021