Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Gənclərin növbəti proqlamlaşdırma təlimi

      Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və “Optimal Qrup” MMC-nin birgə təşkilatçılığı ilə "Workshop" lahiyəsi çərçivəsində növbəti təlim keçirilib. Təlim onlayn qeydiyyatdan keçən 30 gəncin iştirakı ilə Gənclər Mərkəzində reallaşıb.

Tədbirdə nazirliyin əməkdaşı Azadə Əliyeva çıxış edərək deyib ki, muxtar respublika gənclərinin şəxsi inkişafı və karyera imkanlarının artırılması, elm, təhsil, mədəniyyət, idman, o cümlədən digər sahələrdə istedadlı kadr kimi formalaşması üçün əməli addımlar atılır. Məqsəq gənc nəslin uğurlu gələcəyi üçün yeni imkanlar yaratmaqdır.

“Optimal Qrup” MMC-nin rəhbəri Murad Rüstəmov layihə haqqında məlumat verərək, müasir dövrdə proqramlaşdırma biliklərinin önəmli olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, iştirakçılar bir neçə saat ərzində bu sahə ilə bağlı lazımi məlumatlar əldə edə biləcək və icra olunacaq praktiki addımları izləməklə işin gedişatından xəbərdar olacaqlar.

Sonra təlimə start verilib. Proqramçı İsmayıl Şirzadov gənclərə bir proqramın ən sadə formada, uzun zaman itirilmədən hazırlanması, proqramlamanın əsas məntiqi, onun əsas strukturu, iş prinsipi ilə bağlı məlumatları diqqətə çatdırıb. Nümunə üçün gənclərin istəyinə uyğun olaraq intellektual oyun proqramının yığılması prosesi nümayiş etdirilib. Diskussiya şəklində keçən təlimdə gəncləri maraqlandıran suallar cavablandırılıb, müvafiq məsələlərin izahı üçün monitor vasitəsilə vizual təhlilllər aparılıb.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
24.12.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021