Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan karateçiləri beynəlxalq turnirdə 17 medal qazanıb

      Bakı şəhərində Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” Karate Klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş VI Arpaçay Open beynəlxalq turniri keçirilib. Ənənəvi yarışda Azərbaycan, Rusiya və Ukraynadan ümumilikdə 570 idmançı 31 klubu təmsil edib. Yarışda Naxçıvan Karate-do Federasiyasının idmançıları geniş tərkibli heyətlə mübarizə aparıblar. 15 karateçimiz uğurlu çıxışı ilə adını mükafatçılar sırasına yazdırıb.

“Kumite” növündə 16-17 yaş qrupunda mübarizə aparan Rəşid Süleymanov -68 kq çəki dərəcəsində qalib, -70 kq çəki dərəcəsində isə ikinci olub. Aslan İsmayılov (18-20 yaş, 84+ kq), Rəşad Qasımov (18-20 yaş, -67), Fatimə Bədəlova (16-17 yaş, +59) və Fatimə Bağırzadə (6-7 yaş, -25 kq və +25 kq) öz yaş və çəki kateqoriyaları üzrə gümüş medala layiq görülüblər. Vüsal Seyidov (18-20 yaş, -61), İmran Həsənov (18-20 yaş, -60), Aminə Novruzzadə (12-13 yaş, +47), Kənan Qənbərov (8-9 yaş, +40 kq), Əli Əzizov (6-7 yaş, +25 kq) və Həmidə Əzizova (6-7 yaş, -25 kq) bürünc medala sahib çıxıblar.

“Kata” növündə isə Məhəmməd Bağırov (14-15 yaş), Canər Abbaszadə (12-13 yaş) və Elgün Zeynalov (12-13 yaş) yarışı üçüncü sırada tamamlayıblar.

Bu nəticələrlə Naxçıvan karateçiləri yarışda 2 qızıl, 6 gümüş və 9 bürünc medal olmaqla, ümumilikdə 17 medal qazanıblar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
25.01.2022







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2022