Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Məktəblilərin stolüstü tennis üzrə muxtar respublika birinciliyi

      Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində ümumtəhsil məktəblərinin stolüstü tennis klubları arasında muxtar respublika birinciliyinin final mərhələsi keçirilib. Məqsəd bədən tərbiyəsi və idmanın məktəblilər arasında kütləviliyinin daha da artırmaq, məktəblərdə bu idman növünün inkişafını təmin etmək, şagirdlər arasında arasında idman və dostluq əlaqələri yaratmaq və onların asudə vaxtını səmərəli təşkil etməkdən ibarət olub.

Gənclər və İdman Nazirliyi ilə Təhsil Nazirliyi tərəfindən birgə təşkil olunan yarışda ilk mərhələni uğurla tamamlayan 7 komanda (2 qız, 2 oğlan məktəbli) iştirak edib. Qalib olimpiya sisteminə əsasən müəyyənləşib. Belə ki, “Şərur” birinciliyin qalibi olub. “Sədərək” və “Kəngərli” komandaları müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda qərarlaşıblar.

İlk üçlükdəki komandalar diplomla təltif olunublar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
25.01.2022







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2022