Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Böyüməyən uşaqlar” filmi nümayiş olunmuşdur

      25 fevral 2020-ci il tarixdə Naxçıvan şəhərindəki Gənclik Mərkəzində gənclərin vətənpərvər ruhda tərbiyə olunması məqsədilə Xocalıda hər iki valideynini itirmiş 25 uşaq haqqında çəkilən “Böyüməyən uşaqlar” filmi nümayiş olunmuşdur.

Filmdə Xocalıda törədilmiş soyqırım haqqında geniş məlumat verilir. Eyni zamanda Xocalı faciəsinin canlı şahidi, soyqırım zamanı bütün ailə üzvlərini itirmiş Mehdi Əliyevin təəssüratları fonunda bir daha həmin günün dəhşətləri danışılır. Əvvəlcə Xocalı haqqında, faciənin baş vermə səbəbləri haqqında məlumatlarlar verilir. Həmçinin, soyqırımda ən çox əziyyət çəkənlərdən biri Mehdi Əliyevin müsahibəsi və son olaraq Xocalıya ədalət mesajı çatdırılır. Film bitdikdən sonra istedadlı gənclər tərəfindən Xocalı qurbanlarına həsr olunmuş tamaşa da nümayiş olunmuşdur.

Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənc Vətənpərvərlər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə nümayiş olunan filmə 410 nəfər gənc baxmışdır.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
25.02.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020