Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Ağır atletimizdən daha bir uğur

Bakı şəhəri Xırdalan qəsəbəsindəki “Zirvə” İdman Klubunda ağır atletika üzrə Azərbaycan çempionatı keçirilib.

Yarışın keçirilməsində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi olub.

Çempionatda qaliblər Sinkleyr cədvəli üzrə müəyyən edilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliynin nəzdində fəaliyyət göstərən Şərur rayon Ağır Atletika bölməsinin üzvü Tərmenxan Babayev də həmin çempionatda iştirak edib və və 90 kiloqram çəki dərəcəsində qalib adını qazanıb. O, birbaşa qaldırmada 140, təkanla qaldırmada 160 kiloqramın öhdəsində gəlib.

Sonda idmançımız təşkilatçılar tərəfindən mükafatlandırılıb.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
25.06.2019







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2019