Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Muxtar Respublika birinciliyi keçirilmişdir

      25 iyun 2020-ci il tarixdə “26 iyun-Silahlı Qüvvələr Günü” münasibətilə gənclər arasında suni divara dırmanma idman növü üzrə muxtar respublika birinciliyi keçirilmişdir.

Birinciliyin keçirilməsində məqsəd “26 iyun-Silahlı Qüvvələr Günü” nün qeyd olunması, Naxçıvan Muxtar Respublikasında hava və ekstremal idman növlərinin tanıdılması və inkişaf etdirilməsi, fəal idmançıların müəyyənləşdirilməsi, onların federasiyanın yığma komandasına daxil edilməsi olmuşdur.

Suni Divara Dırmanma Mərkəzində keçirilən yarışda 19 nəfər idmançı iştirak etmişdir. Gərgin və maraqlı keçən rəqabətin sonunda oğlanlar arasında Əliyev Yasin I, Nəcəfov Şirxan II, Yaqubov İsmayıl III, qızlar arasında Abbaslı Fatimə I, Paşayeva Nuray II, Cəfərova Əfruz III yerin sahibi olmuşlar.

Qaliblər təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyələrlə mükafatlandırılmışlar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
25.06.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020