Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Gənclər tir atıcılığı yarışında iştirak ediblər

      Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “26 İyun - Silahlı Qüvvələr Günü"nə həsr edilən tir atıcılığı üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Dövlət Universitetində reallaşan yarışda 6 komanda iştirak edib. Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının tərəfindən birgə təşkil olunan birincilik gənclərə vətənpərvərlik ruhunun aşılanması, asudə vaxtlarının idmanla dəyərləndirilməsi və atıcılıq idman növlərinin təbliği məqsədilə keçirilib.

Nəticələrə gəlincə, oğlanlar arasında Babaəmir Hacıyev ən yüksək göstərici ilə birinci yerə layiq görülüb. İlk üçlüyü müvafiq ardıcıllıqla Rafiq Hüseynov və Süleyman İsmayılov tamamlayıblar. Qızlar arasında Aysel Əliyeva qalib elan olunub. Ləman Məmmədli ikinci, Səkinə Məmmədova isə üçüncü olub. Naxçıvan Dövlət Texniki Kolleci komanda hesabında birinci olub. Naxçıvan Tibb Kolleci və Naxçıvan Dövlət Universitetinin komandaları müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar.

İlk üçlükdə qərarlaşan idmançılara yarışın xatirə suveniri, diplom və peyntbol mərmiləri təqdim edilib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
25.06.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021