Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Onlayn təqdimat keçirilmişdir

      24 sentyabr 2020-ci il tarixdə yazıçı Nərgiz İsmayılovanın “Metakədər” kitabının gənclər üçün onlayn təqdimatı keçirilmişdir.

Əvvəlcə çıxış edən Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə Haqverdiyeva bildirmişdir ki, yeni start verilmiş “Gənc yazıçıların onlayn kitab təqdimatı” layihəsinin keçirilməsində məqsəd gənclərin intellektual səviyyələrinin, dünyagörüşünün yüksəldilməsi, onlarda elmə, biliyə marağın artırılması, asudə vaxtlarının səmərəli təşkili, gənc yazıçıların və onların kitablarının tanıdılması və təbliğindən ibarətdir. Daha sonra yazıçı Nərgiz İsmayılova gənclərə müəllifi olduğu “Metakədər” kitabı haqqında ümumi məlumat vermiş, həmçinin bildirmişdir ki, 2020-ci ildə çap olunmuş kitaba yazıçının 2016-2020-ci illərdə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş silsilə yazıları daxil edilib. Yazıçı eyni zamanda gənclərə mütaliənin faydaları və özünütəkmilləşdirmədə kitabların rolu haqqında da fikirlərini bildirmişdir.

Müzakirə əsnasında gənclər də kitab haqqında öz fikir və təəssüratlarını bildirmiş, həmçinin onlar üçün maraqlı olan sualları yazıçıya ünvanlamışlar. “Zoom” proqramı vasitəsilə təşkil olunan və 20 nəfər gəncin iştirak etdiyi tədbir Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
25.09.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020