Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Peyntbol üzrə birincilik keçirilmişdir

      25 sentyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarınn üzvləri arasında peyntbol üzrə birincilik keçirilmişdir.

Birinciliyin keçirilməsində məqsəd şəhər və rayonlarda bədən tərbiyəsi və idman kollektivlərində peyntbol idman növünün gənclər arasında təbliğ edilməsi və bu idman növünün kütləviliyinə nail olunması, federasiyalar arasında dostluq əlaqələrinin gücləndirilməsi, ən yaxşı atıcıların müəyyən edilməsi, idmançıların vətənpərvərlik ruhunda tərbiyə edilməsi olmuşdur. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 60 idmançı iştirak etmişdir. Birinciliyin yekun nəticəsinə əsasən Atıcılıq Federasiyasının komandası bütün rəqiblərini üstələyərək yarışın qalibi olmuşdur. Karate-do və Voleybol Federasiyalarının komandaları isə II və III pillələrin sahibi olmuşlar. Sonda qalib komandalara təşkilatçılar tərəfindən diplom və hədiyələr təqdim olunmuşdur.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
25.09.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020