Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Hərbi hissəyə bayram sovqatı gətirilib

      27 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının əməkdaşları Naxçıvan şəhərində yerləşən hərbi hissəyə bayram sovqatı gətiriblər.

Görüş zamanı Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, bayram günlərində hərbi hissələrə sovqatların aparılması, əsgərlərlə həmrəylik nümayiş etdirilməsi xalq-ordu birliyinin daha bir ifadəsidir. Ordumuzun maddi-texniki bazasının hər il daha da güncləndirildiyini və hərbi qulluqçuların mənzil məişət şəraitinin diqqətdə saxlanıldığını deyən nazir bayramlar münasibətilə hərbi qulluqçuları təbrik edib, xidməti vəzifələrində uğurlar arzulayıb. “Cahan İnşaat” MMC-nin rəhbəri Vilayət Cəlilov da şəxsi heyəti təbrik edib, bu cür görüşlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Hərbi qulluqçular adından çıxış edən zabit Əli Əsədov və əsgər Vahid Xəlilov göstərilən qayğının onlarda ruh yüksəkliyi yaratdığını qeyd edib və bütün şəxsi heyət adından minnətdarlıqlarını bildiriblər. Gətirilən yerli istehsal olan müxtəlif növ ərzaq məhsulları hərbi hissəyə təhvil verilib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
27.12.2019







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020