Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Boks üzrə muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib

      Bu gün İlham Əliyev adına Olimpiya İdman Kompleksində boks üzrə gənclər və böyüklər arasında muxtar respublika birinciliyinin həlledici görüşləri keçirilib. Yarışa şəhər və rayon idmançılarından, o cümlədən ali və orta ixtisas təhsili müəssisələri tələbələrindən 11 çəki dərəcəsi üzrə ümumilikdə 60-a yaxın boksçu qatılıb.

Nəticələrə gəlincə, qızlar arasında Nuray Hümbətova (49 kq, Naxçıvan) və Günel Əliyeva (52 kq, NDU) öz çəki dərəcələrində birinci olublar. Oğlanlar arasında Ayxan Heydərov (49 kq, Naxçıvan), Möhsün Həsənzadə (52 kq, Ordubad), Nazim Abazərli (57 kq, NDU), Kamil Abdullayev (60 kq, Sədərək), Kamran Mustafazadə (63.5 kq, Naxçıvan), Muxtər Fərzəliyev (67 kq, Naxçıvan), Asim Əliyev (71 kq, Sədərək), Olaboye Davidlekan (75 kq, NDU), Sərvər Abdullayev (81 kq, Naxçıvan), Məhəmmədəli Bağırov (91 kq, Naxçıvan) fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar.

İlk üçlükdəki idmançılara diplom və medallar təqdim olunub.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Naxçıvan Boks Federasiyası və Naxçıvan Dövlət Universiteti tərəfindən birgə təşkil olunan birincilik muxtar respublikada boksun inkişafı, idmançıların yarış təcrübəsinin artırılması və perspektivlilərin aşkar edilərək yığma komandaya cəlb edilməsi məqsədi ilə keçirilib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
25.12.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021