Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Milli dəyərlərimiz gənclərə təbliğ olunur

      Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması, həmçinin milli dəyərlərin gənclərə təbliğ olunması məqsədilə 26 yanvar 2021-ci il tarixdə gənclərin Naxçıvan şəhərindəki Milli Dəyərlər Muzeyinə ekskursiyası təşkil olunmuşdur.

Muzeyin bələdçisi bildirmişdir ki, Milli Dəyərlər Muzeyi 2019-cu il sentyabrın 23-də istifadəyə verilib. Muzey 1 otaq və 3 ekspozisiya zalından ibarətdir. Hazırda muzeyin fondunda 236 eksponat vardır. Ekspozisiyada Azərbaycan Respublikasının Dövlət Bayrağı, Gerbi və Dövlət Himninin mətni, milli geyimlərimiz və qədim mətbəx əşyalarımız, xalçalar və milli musiqi alətlərimiz nümayiş olunur. Milli sənətkarlıq nümunələrindən ibarət eksponatlar, muxtar respublikanın tarixi, mədəniyyəti, memarlıq abidələri, adət-ənənələri ilə bağlı çap olunmuş kitab və ensiklopediyalar, turizm potensialının təbliğinə dair bukletlər müxtəlif guşələrdə sərgilənir. Yenidənqurmadan sonra Cəmşid Naxçıvanski Muzeyi ilə eyni gündə tarixi binada istifadəyə verilən Milli Dəyərlər Muzeyi milli dəyərlərimizə sahiblik hissinin ən gözəl nümunəsi, milli dəyərlərimizin təbliğ olunduğu ünvandır.

15 nəfər gəncin iştirak etdiyi ekskursiya Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənc Vətənpərvərlər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdur.

     


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
26.01.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020