Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Voleybol üzrə yoldaşlıq görüşü

      İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən qarşılaşmada böyüklərdən ibarət "Sədərək" və "Şahbuz" komandaları meydanda olub. Görüş voleybolçuların oyun təcrübəsi və ustalıq səviyyəsinin artırılması məqsədilə təşkil olunub.

Nəticəyə gəlincə, matç Sədərək voleybolçularının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Voleybol Federasiyası tərəfindən birgə təşkil olunan oyunun sonunda komandalara voleybol topları hədiyyə edilib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
26.01.2022







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2022