Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Könüllü jurnalist” layihəsinin seçim mərhələsi keçirilmişdir

      26 avqust 2020-ci il tarixdə Gənclər və İdman Nazirliyinin akt zalında “Könüllü jurnalist” layihəsinin ilk könüllülər qrupunun formalaşdırılması üçün seçim mərhələsi keçirilmişdir.

Seçim Komissiyası tərəfindən layihə üçün qeydiyyatdan keçmiş gənclər arasından bilik və bacarıqları nəzərə alınaraq 10 nəfər gənc seçilmişdir. Həmin gənclər aşağıdakılardır:

1. Bayramova Özləm Habil qızı
2. Quliyeva Gülnar Ağamməd qızı
3. İsgəndərov Elmar Abasət oğlu
4. Allahverdiyeva Fəridə Adəm qızı
5. Fetullasoy Gulnaz Zeynal qızı
6. Əliyeva Aytac Dilsuz qızı
7. Abbasova Çimnaz Tağı qızı
8. Qasımlı Dilbər Xəqani qızı
9. Rəhimli Xoşqədəm Məmməd qızı
10. Necefzade Fuad İsfendiyar oğlu

Qeyd edək ki, “Könüllü jurnalist” layihəsi Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq muxtar respublikada könüllülük fəaliyyətinin daha da genişləndirilməsi, jurnalistika sahəsində könüllülük fəaliyyətinin təmin olunması məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən həyata keçirilir. Layihə uzunmüddətlidir və layihə çərçivəsində 6 aydan bir yeni könüllülər qrupu yaradılacaqdır. Yeni qrupa seçilmiş könüllülər 6 ay ərzində onlar üçün təşkil olunacaq təlim, seminar və digər tədbirlərdə iştirak edəcək, jurnalistika peşəsini hərtərəfli öyrənəcəklər.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
26.08.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020