Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir

      27 fevral 2020-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında voleybol üzrə Şərur və Ordubad rayon komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir.

Görüşün keçirilməsində məqsəd muxtar respublikada voleybol idman növünün inkişafı, şəhər və rayon voleybol komandaları arasında dostluq münasibətlərinin qurulması olmuşdur. Yarış 3:0 Şərər rayon komandasının qalibiyyəti ilə nəticələnmişdir. Sonda hər iki komandaya federasiyanın voleybol topu hədiyyə olunmuşdur.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
27.02.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020