Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Stend atıcılığı üzrə muxtar respublika açıq birinciliyi keçirilib

      Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının birgə təşkil etdiyi yarış Naxçıvan Atıcılıq Mərkəzində reallaşıb.

İdmançılara vətənpərvərlik ruhunun aşılanması, asudə vaxtlarının səmərəli təşkili, ən yaxşı atıcıların müəyyənləşdirilməsi və stend atıcılığının təbliği məqsədilə keçirilən birinciliyə 30 idmançı qatılıb. Qaydalara əsasən, hər iştirakçıya atış üçün 12 mərmi verilib. Atışlar iki mərhələdə icra olunub və nəticələr 5 fərqli rakursdan atılan uçan hədəflərin vurulmasına görə hesablanıb. Qələbə uğrundakı maraqlı mübarizənin sonunda ən sərrast atıcılar müəyyənləşib. Hədəflərdən 7-sini dəqiq atəşlə zərərsizləşdirən Seymur Sadiqov birinciliyin qalibi olub. Əjdər Mustafazadə və Şaban Tağızadə müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar.

Atıcılıq Mərkəzində keçirilən mükafatlandırma mərasimində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimovla Atıcılıq Federasiyasının sədr-müavini Vasib Abdullayev yarışın keçirilmə məqsədlərindən bəhs edib, iştirakçılara uğurlar arzulayıblar.

İlk üçlükdə qərarlaşan idmançılara yarışın xatirə suveniri, diplom və stend atıcılığı üçün mərmilər təqdim edilib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
27.05.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020