Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Zəfərə gedən yol və 44 günlük müharibə” devizi ilə
“Nə? Harada? Nə zaman?” İntellektual Oyunu keçirilib

      İntellekt oyunu Heydər Əliyev adına Hərbi Liseydə reallaşıb. Əvvəlcə Gənclər və İdman Nazirliyinin əməkdaşı Sənan Bədəlov çıxış edərək deyib ki, Vətən Müharibəsində qazanılan şanlı qələbə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, böyük siyasi iradəsi, əsgər və zabitlərimizin şücaəti, gənclərimizin hər şeydən üstün tutduğu Vətən sevgisi ilə qazanıldı. Azərbaycan Ordusunun yüksək döyüş bacarığı sayəsində 30 illik həsrətimiz bitdi, haqq mübarizəmizdə layiqli qələbə əldə etdik. Bir zamanlar silahsız və köməksiz mülki əhaliyə divan tutan dırnaqarası “yenilməz erməni ordusu” mifini cəmi 44 gün ərzində məhv edildi. Xalqımızın mədəniyyət və mənəviyyat mərkəzi sayılan Şuşa azad olundu. Bu ali yolda şəhidlik zirvəsinə ucalan hərbçilərimizi dərin ehtiramla yad edir, qazilərimizə şəfa diləyirik.

Qeyd olunub ki, yarışmanı keçirməkdə əsas məqsəd kursantların intellektual fəaliyyətə cəlb edilməsi, onların dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, Vətən müharibəsi haqqında biliklərinin artırılması, müharibə qəhrəmanlarını daha yaxından tanımalarının təmin edilməsidir.

Kursantlarından ibarət 8 komandanın iştirak etdiyi oyunda II Qarabağ Müharibəsini ilə bağlı 24 sual səsləndirilib. Hər düzgün cavab 1 xalla qiymətləndirilib. Nəticələrə əsasən, “Qarabağ” komandası 20 xalla qalibiyyət əldə edib. “Aslanlar” 19 xalla ikinci, “Mübariz ” isə 18 xalla üçüncü pillədə qərarlaşıb.

Qalib komandalar təşkilatçılar tərəfindən kubok, diplom, fəxri fərman, oxunması zəruri kitablar və dünya ədəbiyyatı nümunələri ilə təltif olunublar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
27.05.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020