Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl
təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev

















Atıcılığın stend növü üzrə birincilik keçirilmişdir

      27 iyun 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində “26 iyun - Silahlı Qüvvələr Günü”nə həsr olunmuş atıcılığın stend növü üzrə muxtar respublika açıq birinciliyi keçirilmişdir.

Birinciliyin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında bədən tərbiyəsi və idman kollektivlərində stend atıcılığı idman növünün yeniyetmə və gənclər arasında təbliğ edilməsi və bu idman növünün kütləviliyinə nail olunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, gənclər arasında döyüş qabiliyyətinin artırılması və müdafiə vərdişlərinin formalaşdırılmasıdır. Birincilikdə muxtar respublikanın rayon, şəhər atıcılıq klublarının və hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla 20 nəfər iştirak etmişdir. Yarış başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov və Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədr müavini Kazım Cabbarov çıxış edərək yarış iştirakçılarını “26 iyun- Silahlı Qüvvələr Günü” münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışlar. Daha sonra yarışlara start verilmişdir. Yekun nəticələrə əsasən Babək rayon təmsilçisi Mustafazadə Əjdər I yerin, Şahbuz rayon təmsilçisi Eylazov Elnur II yerin, Naxçıvan Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Zellabdinov Elnur III yerin sahibi olmuşdur.

Qaliblərə təşkilatçılar tərəfindən diplom, plaket və hədiyyə mərmi təqdim olunmuşdur.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
27.06.2019







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2019