Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Atletimiz dünya çempionatında uğurlu nəticə əldə edib

      Rusiyanın paytaxtı Moskvada pauerliftinq üzrə dünya çempionatı keçirilib. Azərbaycan yığma komandasının heyətində Naxçıvanlı idmançı Əli Əsgərov da yer alıb.

Cari ildə Azərbaycan Qran-prisinin mütləq qalibi və ölkə çempionu olan Əli Əsgərov ən güclülərin mübarizəsi kimi qiymətləndirilən təchizatsız üslubda yarışıb. Benç-press növündə (ştanqı sinədən qaldırma) 90 kq çəki dərəcəsi üzrə mübarizə aparan muxtar respublika idmançısı 212 kiloqramlıq ağırlığın öhdəsindən gəlməklə medalçılar sırasına düşüb. O, müvafiq göstərici ilə dünya üçüncüsü adına layiq görülüb.

Qeyd edək ki, pauerliftinqçimiz üçün növbəti sınaq meydanı 2022-ci ilin əvvəllərinə planlaşdırılan ölkə birinciliyi, sonra isə Avropa çempionatı ola bilər.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
27.12.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021