Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Hakimliklə bağlı seminarlar davam etdirilir

      Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan MR Futbol Federasiyasının (NFF) təşkilatçılığı ilə futbol hakimləri üçün seminar keçirilib.

AFFA Hakimlər Komitəsinin üzvü, FİFA referisi Anar Salmanov və digər beynəlxalq dərəcəli hakim Orxan Məmmədovun iştirakı ilə reallaşan seminar futbol - oyun qaydaları və hakimlərin peşə hazırlığını əhatə edib.

Fevralın 27-dən 29-dək davam edəcək seminarlarla yanaşı mütəxəssislər həmçinin, Region Liqa – Naxçıvan Zonasında cari turun görüşlərini izləyir, hakimlərin oyun idarəçiliyi ilə bağlı qeydlər aparır. Axşam saatlarında isə həmin matçlardakı hakimlərin ümumi idarəçiliyi təhlil olunur, video-analizlər vasitəsilə mübahisəli epizodlar zamanı qəbul olunan qərarlar müzakirə olunur.

Xatırladaq ki, NFF-də təşkil olunan hakimlik kurslarının iştirakçıları bölgədə hakimliyin inkişafı məqsədilə AFFA-dan dəvət olunan təcrübəli futbol və futzal hakimlərinin seminar, praktiki məşğələ və təlim-məşq toplanışlarına cəlb olunurlar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
28.02.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020