Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Gənc rəssamların incəsənət döyüşü” rəsm müsabiqəsinin
qalibləri bəlli olub

      Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Rəssamlar Birliyi və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən birgə təşkil olunan rəsm müsabiqəsi Ağbulaq İstrahət Mərkəzində keçirilib.

Çıxış edənlər muxtar respublikada gənclərin yaradıcılıq qabiliyyətinin formalaşdırılması və inkişafı istiqamətində atılan addımlardan bəhs ediblər. Qeyd olunub ki, gənclərlə iş daim diqqətdə saxlanılır və yüksələn xətlə inkişaf etdirilir. Əlverişli yaradıcılıq mühitinin mövcudluğu onların müxtəlif sahələrdə öz bilik və bacarıqlarını təkmilləşdirməsi üçün əlavə imkanlar yaradır.

“Gənc rəssamların incəsənət döyüşü”ndə 26 rəssam iştirak edib. Qaydalara əsasən onlar Ağbulaq İstrahət Mərkəzi və Ağbulaq kəndinin ərazisinə aid mənzələri tabloya köçürüblər.

Müsabiqənin qalibləri 5 nəfərdən ibarət münsiflər heyətinin ümumi qərarına əsasən müəyyənləşib. Selcan Hacızadə ilə Çinar Hacıyevin rəsm əsərləri onlar tərəfindən birinci pilləyə layiq görülüb. Türkan Əsədova, Tənzilə İbadova və Cəlil Xudiyev ikinci sırada qərarlaşıblar. Özcan Babayev, Gülçöhrə Abbasova və Jalə Cəfərlinin rəsm nümunələri isə üçüncü yerlə qiymətləndirilib.

Gənc rəssamlar təşkilatçılar tərəfindən diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.



Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
28.04.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020