Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl
təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev

















Pouerliftinq üzrə muxtar respublika birinciliyi

28 iyun 2019-cu il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində “26 iyun – Silahlı Qüvvələr Günü” münasibətilə məhdud fiziki imkanlı şəxslər arasında pouerliftinq üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.

Birinciliyin keçirilməsində məqsəd məhdud fiziki imkanlı şəxslər arasında bədən tərbiyəsi və idmanın inkişafına nail olmaq, onların asudə vaxtlarının səmərəli keçirilməsi, fiziki imkanları məhdud şəxslərin sosial reabilitasiyasına nail olunmasıdır.

26 paralimpiyaçının iştirak etdiyi birinciliyə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyası rəhbərlik edib. Birincilik Beynəlxalq Pouerliftinq qaydalarına əsasən uzanaraq ştanqı sinədən qaldırmaq növü üzrə iki çəki dərəcəsində (75 kiloqramadək, 75 kiloqramdan yuxarı) keçirilib.

Birinciliyin sonunda +75 kiloqram çəki dərəcəsində Babək rayon təmsilçisi Turan Hüseynov birinci, Naxçıvan şəhər təmsilçisi Şahin Məmmədov ikinci, Şərur rayon təmsilçisi Araz Behbudov üçüncü olub.

75 kiloqram çəki dərəcəsində isə ilk üç pillədə Babək rayon təmsilçisi Telman Şirinov, Kəngərli rayon təmsilçisi Dinar Rzayev, Babək rayon təmsilçisi Orxan Hüseynov qərarlaşıblar. Qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Bundan başqa birincilikdə iştirak edən bütün iştirakçılar da federasiyanın hədiyyələri ilə tıltif olunublar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
28.06.2019







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2019