Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Gənclər üçün onlayn təqdimat keçirilmişdir

      28 oktyabr 2020-ci il tarixdə gənc yazıçı və rəssam Həcər Bəylərovanın “Hayatıma güneş olur musun?” kitabının gənclər üçün onlayn təqdimatı keçirilmişdir.

Əvvəlcə çıxış edən Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov bildirmişdir ki, “Gənc yazıçıların onlayn kitab təqdimatı” layihəsinin keçirilməsində məqsəd gənclərin intellektual səviyyələrinin, dünyagörüşünün yüksəldilməsi, onlarda elmə, biliyə marağın artırılması, asudə vaxtlarının səmərəli təşkili, gənc yazıçıların və onların kitablarının tanıdılması və təbliğindən ibarətdir. Daha sonra gənc yazıçı Həcər Bəylərova tədbir iştirakçılarına müəllifi olduğu “Hayatıma güneş olur musun?” kitabı haqqında ümumi məlumat verərək bildirmişdir ki, kitab onun ilk və hələ ki, tək kitabıdır. Kitab 2018-ci ildə 100 tirajla çapdan çıxmışdır. Türk dilində yazılmış kitab kiçik hekayədən ibarətdir. Hekayədə uşaqlığını anasız keçirən qızın, gənc yaşlarında isə hər şeyi hesab etdiyi atasını itirməsindən bəhs olunur. O, qarşısına çıxan çətinliklərə baxmayaraq, yenə də gələcəyə ümidlə baxıb, özü kimi ata və anasını itirmiş balaca qızı yalnız buraxmamaq üçün çalışır. Tədbir zamanı AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşı, yazıçı Nərgiz İsmayılova kitab haqqında öz fikirlərini bildirmiş və gənc yazıçıya uğurlar arzulamışdır. Müzakirə əsnasında gənclər də kitab haqqında öz fikir və təəssüratlarını bildirmiş, həmçinin onlar üçün maraqlı olan sualları yazıçıya ünvanlamışlar.

Onlayn təşkil olunan və 20 nəfər gəncin iştirak etdiyi tədbir Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
28.10.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020