Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl
təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev

















Stolüstü tennis üzrə yoldaşlıq görüşü keçirilmişdir

      29 avqust 2019-cu il tarixdə Naxçıvan şəhərində yerləşən Uşaq Bərpa Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə 18 yaşadək fiziki imkanları məhdud uşaqlar arasında stolüstü tennis idman növü üzrə yoldaşlıq görüşü keçirilmişdir.

Naxçıvan şəhər və Sədərək rayon paralimpiyaçılarının qarşılaşdığı yarışda 14 fiziki imkanları məhdud uşaq iştirak etmişdir.

Sonda bütün iştirakçılara federasiyanın fəxri fərmanları və qiymətli hədiyyəlləri təqdim olunmuşdur.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
29.08.2019







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2019