Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Gənclər arasında şosse velosipedi üzrə muxtar respublika
birinciliyi keçirilib

      “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə keçirilən yarış Uzunoba gölünün ətrafında - 4500 metrlik məsafədə reallaşıb.

Muxtar respublikanın şəhər (rayon) birinciliklərində ilk üçlüyə düşən velosipedçilərin qatıldığı, 24 idmançının qələbə uğrunda mübarizə apardığı yarışda Şərur velosipedçilərindən Nicat Bayramov təyin olunan məsafəni hər kəsdən tez qət edərək finişə birinci, rayonun digər təmsilçisi Elvin Rzayev isə ikinci çatıb. İlk üçlüyü tamamlayan Naxçıvan şəhərindən olan Sadiq Cəfərov olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi yarışın sonunda qaliblərə, həmçinin fərqlənən idmançılara diplom, fəxri fərman və hədiyyələr təqdim edilib.



Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
30.04.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020