Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Atıcılığın stend növü üzrə yarışına yekun vurulub

      Naxçıvan Muxtar Respublikasının güc strukturlarının əməkdaşları arasında keçirilən atıcılığın stend növü üzrə muxtar respublika birinciliyinə yekun vurulub.

Birincliyi keçirməkdə məqsəd muxtar respublikanın şəhər və rayonlarında bədən tərbiyəsi və idman kollektivlərində idmanın inkişafı, stend idman növünün güc strukturlarının əməkdaşları arasında təbliğ edilməsi, əməkdaşlar arasında dostluq əlaqələrinin gücləndirilməsi, ən yaxşı atıcıların müəyyən edilməsi və idmançıların vətənpərvər ruhda tərbiyə olunmasından ibarət olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının birgə təşkil etdiyi birincilik Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində keçirilib.

Yarışın yekun nəticəsinə əsasən, qalib adını Nurəddin Aslanov qazanıb (Dövlət Gömrük Komitəsi). Digər iki pillədə isə Ramiq İsmayılov (Dövlət Təhlükəsizliyi Xidməti) və Elnur Zellabdinov (Miqrasiya Xidməti) qərarlaşıblar.

Sonda qaliblər təşkilatçılar tərəfindən diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
30.06.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020