Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan şahmatçıları beynəlxalq turnirin mükafatçıları sırasında

      Serbiyanın Silver Leyk şəhərində təşkil olunan "Silver Lake - 2021 Open" beynəlxalq turniri bu gün başa çatıb. Turnirdə iştirak edən şahmatçılarımız uğurlu nəticələr göstəriblər. Ən yaxşı göstərici Nəsrin Babayevaya məxsusdur. 99 şahmatçının iştirak etdiyi “B” qrupunda mübarizə aparan yeniyetmə idmançımız 9 oyuna 5,5 xal toplayaraq qadınlar arasında birinci olub. Ümumi sıralamada ilk üçlükdən cəmi yarım xalla kənarda qalan Sadiq Qarayev isə 18 yaşadək şahmatçılar arasında ikinci olub. Aktivində 5 xalı olan Nazlı Hümbətova reytinq əmsalını 171 xal artırıb. A qrupunda yer alan Pərviz Qasımov 5 xal, Toğrul Həsənzadə isə 4 xal toplayıb.

Qeyd edək ki, iyulun 2-də Serbiyada daha bir turnir start götürür. Belqrad şəhərində keçiriləcək “Serbia Chess Open 2021”-də Naxçıvan şahmatçıları da iştirak edəcək. Şahmatçılar “masters” və “amateurs” kateqoriyaları üzrə yarışacaqlar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
30.06.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021