Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvanda "İlin peşəkar gənci" fəxri adına və mükafatlara
layiq görülən gənclər bəlli olub

      Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsi tərəfindən hər il respublika üzrə müxtəlif sahələrdə çalışan gənclər arasında müsabiqə təşkil olunur. Sənət təcrübəsi mübadiləsinin aparılması, yaradıcılıq potensiallarının inkişaf etdirilməsi, peşəkarlıq səviyyəsinin artırılması, Həmkarlar İttifaqı üzvlüyünə motivasiyanın gücləndirilməsi məqsədilə keçirilən müsabiqədə naxçıvanlı gənclər “İlin peşəkar gənci” fəxri adına və mükafatlara layiq görülüblər.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında keçirilən təqdimat mərasimində Şuranın sədri Anar İbrahimov qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 21 avqust 2015-ci il tarixli qərarına əsasən müxtəlif sahələrdə çalışan gənclər arasında hər il müsabiqə keçirilir. Müsabiqənin sonunda əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə edən gənclərə “İlin peşəkar gənci” fəxri adı verilir. 2020-ci ildə də bu müsabiqə keçirilib. Müsabiqədə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası da fəal iştirak edib, İcraiyyə Komitəsinin qərarı ilə muxtar respublikanın səhiyyə, gənclərlə iş və digər sahələrdəki fəaliyyətlərinə görə Baxşəliyeva Dilarə Səlvər qızı, Bağırova Təbrizə Hüseyn qızı, Babayev Tərmenxan Turan oğlu “İlin peşəkar gənci” fəxri adına layiq görülüb, fəxri diplom, nişan və pul mükafatı ilə təltif olunublar.

Sonra təltif olunan gənclərə fəxri diplom, döş nişanı və pul mükafatları təqdim olunub. Gənclər onlara göstərilən qayğıya görə minnətdarlıq ediblər.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
30.06.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021