Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Velosiped idman növü üzrə yarış keçirilmişdir

      30 iyul 2020-ci il tarixdə Sahil Parkında Naxçıvan Muxtar Respublikasının həvəskar gəncləri arasında velosiped idman növü üzrə muxtar respublika birinciliyi keçirilmişdir.

Birinciliyin keçirilməsində məqsəd muxtar respublikada hava və ekstremal idman növlərini tanıtmaq, inkişaf etdirmək və kütləviliyinə nail olmaq, velosiped idman növünə marağı daha da artırmaqdan ibarətdir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 15 nəfər gənc iştirak etmişdir. Yarışın yekun nəticəsinə əsasən I yerin sahibi Kəngərli rayonunun təmsilçisi Abdullayev Süleyman, II yerin sahibi Babək rayonunun təmsilçisi Bili Məhərrəm, III yerin sahibi isə Culfa rayonunun təmsilçisi Qasımov Zeynal olmuşdur.

Qaliblər təşkilatçıların diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
30.07.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020