Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













İdman dırmanması üzrə muxtar respublika birinciliyi keçirilib

      Yeniyetmə və gənclərin bədən tərbiyəsi və idmana marağının daha da yüksəldilməsi, hava və ekstremal idman növlərinin təbliği və istedadlı idmançıların üzə çıxarılması məqsədilə keçirilən yarışa şəhər və rayonlardan ümumilikdə 29 idmançı qatılıb.

Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimovla Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədov çıxışlarında birinciliyin keçirilmə məqsədi və əhəmiyyətindən bəhs edib, iştirakçılara uğurlar arzulayıblar.

İdmançılar təhlükəsizlik təlimatları ilə məlumatlandırıldıqdan sonra mübarizəyə start verilib. Nəticələrə gəlincə, Naxçıvan şəhərini təmsil edən Süleyman İsmayılov ən yaxşı göstərici ilə muxtar respublika birincisi olub. Şahbuz idmançısı Məmməd Hüseynəliyev ikinci sırada qərarlaşıb. Babək təmsilçisi İlhan Orduyev isə üçüncü olub.

Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi yarışın sonunda ilk üçlükdə qərarlaşan idmançılara diplom və hədiyyələr, həvəsləndirici yerə layiq görülənlərə isə fəxri fərman təqdim edilib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
30.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021