Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi                                                                       

menu html by Css3Menu.com











Azərbaycanın Milli Qəhrəmanlaarı









Naxçıvan MR Gənclər və İdman Nazirliyinin
İDMAN SİYASƏTİ

     Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin İdman şöbəsi Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, qanunvericiliklə müəyyən olunmuş dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları əsas götürərək:

• Muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı haqqında qərarların, maddi-texniki təminatın və başqa məsələlərin həlli üçün təkliflərlə çıxış edir.

• Şöbəyə daxil olan şikayət ərizələrinə, məktub, təqdimatlara baxır, şikayətləri, doğuran səbəbləri araşdırır, aradan qaldırılmasını nəzərdə saxlayır və təmin edir.

• İdman növləri üzrə federasiyalarla və ayrı-ayrı nazirlik və komitələrlə birgə muxtar respublika yarışlarının vahid əsasnaməsinin hazırlanmasını təmin edir.

• Nazirliyin tədbirlər planına uyğun olaraq respublika yarışlarının təşkili və keçirilməsinə nəzarət edir.

• Fəxri adların verilməsi üzrə sənədlərin tərtib olunma işinin təşkili və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Atestasiya komissiyasına göndərilməsini həyata keçirir.

• Əlil idmançılar arasında bədən tərbiyəsi və idman sağlamlıq işlərinin yerinə yetirilməsinə nəzarət edir.

• Muxtar Respublikada bədən tərbiyəsi və idman sahəsində mühüm əhəmiyyət kəsb edən qanun, qərar və digər normativ sənədlərin hazırlanmasında yaxından iştirak edir

• Məşqçilərin və hakimlərin peşə ustalıqlarını artırılması üçün onların kurslarda və seminarlarda iştirakını təşkil edir.

• Ahıllar arasında idman sağlamlıq işlərinin yerinə yetirilməsinə və təşkilinə nəzarət edir.

• Tələbə gənclər arasında kütləvi idman tədbirlərinin təşkili və keçirilməsinə köməklik göstərir.

• İdman oyunlarının kütləviliyinə nail olmaq məqsədilə müxtəlif proqramların hazırlanmasında, həyata keçirilməsində yaxından iştirak edir, işin icrasına nəzarət edir.

• Beynəlxalq miqyaslı yarışların və yoldaşlıq görüşlərinin keçirilməsində yekun təhlil işinin təşkili və icrasına nəzarət edir.

• Uşaq Gənclər İdman məktəblərinin işinə rəhbərlik edir. İdmançıların nəticələrinin toplanmasına və təhlilinə nəzarət edir.

     Azərbaycan Respublikasında idman sahəsində atılan məqsədyönlü addımlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə idmanın inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri müəyyənləşdirilmişdir.

İdmanın maddi-texniki bazası yaradılmış, müasir idman infrastrukturu formalaşdırılmışdır. Bir çox idman kompleksləri tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdır.

Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoyulmuşdur. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Həmçinin idmana göstərilən qayğının nəticəsidir ki, artıq ölkəmizdə yüksək səviyyəli Beynəlxalq yarışlar keçirilir.

2015 Avropa Oyunları tarixdə ilk dəfə keçirilən idman yarışıdır ki, ölkəmiz bu yarışa ev sahibliyi etmişdir. Bununla yanaşı, ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları, Formula-1, müxtəlif idman növləri üzrə Dünya və Avropa çempionatları da keçirilmişdir. Keçirilən bu yarışlar onu deməyə əsas verir ki, bu gün Azərbaycan Respublikası dünya arenasında idman ölkəsi kimi tanınır. Ulu öndərin həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Respublikasının və Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı, gənc idmançılar nəslinin yetişdirilməsi diqqətdə saxlanılan məsələlərdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində mühüm işlər görülür. Yaradılan müasir idman mühiti isə gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir, onların respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilir. Hazırda muxtar respublikada 2 Olimpiya İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, 1 Şahmat Mərkəzi, 9 Uşaq-Gənclər Şahmat Məktəbi, 9 Uşaq-Gənclər İdman Məktəbi, Stend və Sportinq Atıcılıq Mərkəzi, eləcə də stadionlar, idman zalları və sadə idman qurğuları, 12 idman federasiyası fəaliyyət göstərir. Bütün bunların nəticəsidir ki, bu gün muxtar respublika beynəlxalq yarışlara ev sahibliyi edir və muxtar respublika idmançılarının müxtəlif ölkə, beynəlxalq, Avropa və dünya çempionatlarında qazandıqları uğurlar ilbəil daha da artır.

Ümummilli öndərimiz Heydər Əliyev belə söyləmişdir: “İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”.

Gənclik həmişə həyatda və karyerasında uğurlar qazanmaqda maraqlıdır. Əlbəttə, bu uğurlar idman həyatı ilə bağlı olanda daha da cəlbedici görünür. Sözsüz ki, gənclərin qələbəsi, onların qazandığı yeni-yeni uğurlar digər gənclərə də stimul verir. Azərbaycan dövləti idmana böyük qayğı göstərir və bu qayğı siyasəti də özünü doğruldur.

Azərbaycan idmanı yeni dövrə qədəm qoyub. Azərbaycan idmançılarının nailiyyətləri xalqımızın qürur mənbəyinə çevrilib. Onların göstərdiyi şücaət gənclərin istinad yeri olmaqla yanaşı, həm də vətənpərvərlik öyrəndiyi bir məsələdir. Azərbaycan idmançıları son illər davamlı olaraq ölkəmizə medallar gətirir, qələbələr qazandırır.

Dövlət başçımız idmana qayğı göstərir və idmançılarımıza inamla yanaşır. Hər dəfə Azərbaycan Prezidenti İlham Əliyev idmançılarımıza çox qiymətli tövsiyələr verir və onlara inamını ifadə edir: "Azərbaycanda idman sürətlə və uğurla inkişaf edir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir və Azərbaycan dövləti Azərbaycan idmanının inkişafı üçün konkret addımlar atmışdır. Bu gün də bu siyasət davam etdirilir. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmançılara olan hörmət cəmiyyətdə yüksək səviyyədədir. İdmançıların məişət problemlərinin həlli məsələləri yüksək səviyyədə təşkil edilir. Bütün bu amillər həm idmanın inkişafına böyük təkan verir, eyni zamanda, gənclərdə, yeniyetmələrdə, uşaqlarda idmana marağı artırır. Biz idmanın inkişafı ilə bir neçə vacib məqsədi təmin edirik: ilk növbədə, ölkəmizin idman şöhrətini yüksəklərə qaldırırıq, eyni zamanda, idmanın kütləviliyini təmin edirik. İdman infrastrukturunun yaradılması ilə bu kütləvilik daha da geniş vüsət almışdır və idman hər bir insanın sağlamlığı üçün çox mühüm amildir. İdman insanları həm fiziki cəhətdən sağlam edir, eyni zamanda, gözəl milli-mənəvi dəyərlərimizi idmançılara, uşaqlara aşılayır. Bir sözlə, Azərbaycanda idmanın inkişafına dair siyasət çox uğurludur və deyə bilərəm ki, bizdə olan təcrübə bəzi ölkələrdə öyrənilir və tətbiq edilir. dmanın inkişafını müəyyən edən bütün amillər Azərbaycanda vardır. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edirlər, hər il yüzlərlə medal qazanırlar. Həm Dünya, həm də Avropa çempionatlarında Azərbaycanın milli bayrağı dalğalanır, Azərbaycanın milli himni səslənir. Əlbəttə, bu, hər bir Azərbaycan vətəndaşı üçün böyük sevincdir, böyük fərəh hissi yaradır. Mən əminəm ki, bundan sonrakı dövrdə də idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər. İdmanın kütləviliyinin təmin edilməsi üçün Azərbaycanda geniş tikinti-quruculuq işləri aparılır...".

Olimpiya komplekslərinin tikintisi siyasətinə İlham Əliyevin rəhbərliyi ilə 2000-ci ildən başlanılıb və son 15 il ərzində, demək olar ki, bölgələrimizin çoxunda müasir olimpiya kompleksləri tikilib. Məlumdur ki, gənc idmançılar, uşaqlar bu imkanlardan səmərəli şəkildə istifadə edir. Bizim milli olimpiya komandamızın tərkibində olan idmançıların bəziləri öz idman fəaliyyətini məhz son illər ərzində tikilmiş olimpiya komplekslərində başlayıb. Bu həm idmanın kütləviliyini təmin edir, eyni zamanda, gənc idmançılarımızın yetişdirilməsində də çox mühüm bir vasitədir.





VİDEO
Nazir Azad Cabbarovun təntənəli
"Gənclər paytaxtı 2018" mərasimində çıxışı
Ətraflı

VİDEO
2018-ci ilin "Gənclər paytaxtı"
Naxçıvan şəhəri elan edilmişdir!
Ətraflı

VİDEO
2017-ci ilin yekunlarına və dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş bayram və mükafatlandırma mərasimi keçirilmişdir.
Ətraflı

VİDEO
15 iyun 2018-ci il tarixində keçirilən III Heydər Əliyev Kuboku turnirindən video görüntülər.
Ətraflı

Naxçıvan şəhəri - Gənclər Paytaxtı 2018




Flag Counter

Besucherzahler
счетчик посещений
contador de visitas счетчик посещений


Naxçıvan MR Gənclər və İdman Nazirliyi
Webmaster • Ideal Network Technologies
2018