Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi                                                  

menu html by Css3Menu.com











Naxçıvan MR Gənclər və İdman Nazirliyinin
GƏNCLƏR SİYASƏTİ

     Ölkəmizdə gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa bir vaxtda dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirməyə başlamışdı.

Dövlət gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında ulu öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə 1996-cı il fevralın 2-də keçirilən gənclərin I Forumunun xüsusi rolu oldu. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında I Forumun keçirildiyi tarix-yəni 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. 2002-ci ildə isə Milli Məclis tərəfindən “Dövlət gənclər siyasəti haqqında” qanun qəbul olundu.

Sonrakı dövrlərdə isə cənab Prezident İlham Əliyev tərəfindən gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramı, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət proqramları təsdiq olunmuş, 2007-ci il ölkəmizdə “Gənclər ili” elan olunmuşdur.

Naxçıvan Muxtar Respublikasında da son illər gənclərimizin muxtar respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqqında” 2012-ci il 31 yanvar tarixli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Gənclər Fondunun yaradılması haqqında 2012-ci il 29 mart tarixli fərmanları regionumuzda gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır.

Bu fərmanlarla Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı” təsis edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu yaradılmış, Naxçıvan şəhərində Gənclər Mərkəzi inşa olunaraq gənclərin istifadəsinə verilmişdir. Muxtar respublikamızda gənclik mərkəzləri, kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, yeni orta məktəb binaları, olimpiya idman kompleksləri, idman mərkəzləri və digər saymaqla bitməyən obyektlər tikilib və ya əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilir. Yaradılan şəraitin, gənclər siyasətinə qayğının nəticəsidir ki, Naxçıvan şəhəri 2018-ci ildə Azərbaycanın “Gənclər Paytaxtı” seçilmişdir.

Muxtar respublikada gənclər siyasətini həyata keçirən əsas icraçı orqan olan Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik tərbiyəsinin təmin olunması, intellektual inkişafının yüksəldilməsi, gənclər təşkilatlarının yaradılmasına köməklik göstərilməsi və digər sahələrdə işləri həyata keçirir.



Naxçıvan şəhəri - Gənclər Paytaxtı 2018











VİDEO
Nazir Azad Cabbarovun təntənəli
"Gənclər paytaxtı 2018" mərasimində çıxışı
Ətraflı

VİDEO
2018-ci ilin "Gənclər paytaxtı"
Naxçıvan şəhəri elan edilmişdir!
Ətraflı

VİDEO
2017-ci ilin yekunlarına və dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş bayram və mükafatlandırma mərasimi keçirilmişdir.
Ətraflı

VİDEO
15 iyun 2018-ci il tarixində keçirilən III Heydər Əliyev Kuboku turnirindən video görüntülər.
Ətraflı







Besucherzahler
счетчик посещений
contador de visitas счетчик посещений


Naxçıvan MR Gənclər və İdman Nazirliyi
Webmaster • Ideal Network Technologies
2018