Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl
təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev

















Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Aylıq Hesabatları




Gənclər siyasəti uğurla həyata keçirilir

Noyabr ayında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən muxtar respublikada idmanın kütləviliyinin təmin edilməsi diqqət mərkəzində saxlanılmış, Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumu keçirilmiş, “Azərbaycanda Belarus gəncləri günləri” çərçivəsində Belarus Respublikasından bir qrup gəncin, həmçinin Azərbaycanın regionlarından fəal gənclərin və Gənclər təşkilatlarının üzvlərindən ibarət 100 gəncin muxtar respublikaya ekskursiyası təşkil olunmuşdur.

“10-17 noyabr Beynəlxalq Tələbə-Gənclər Həftəsi” ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, həmçinin əcnəbi tələbələr arasında müsabiqələr keçirilmişdir. Bununla yanaşı, ümummilli lider Heydər Əliyevin siyasi irsinin gənclərə öyrədilməsi məqsədi ilə Naxçıvan Müəllimlər İnstitutunda açıq dərs, gənclərin iştirakı ilə “Muxtar respublikanı necə tanıdırıq” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.

Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız tələbələri arasında stolüstü tennis, badminton, voleybol və kross qaçışı üzrə muxtar respublika birincilikləri keçirilmiş, Culfa Rayon Mərkəzi Stadionu yenidən qurularaq gənclərin istifadəsinə verilmişdir. Həmçinin məktəblilər və 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında şahmat, idmanın müxtəlif növləri üzrə şəhər və rayon birincilikləri, yoldaşlıq görüşləri təşkil olunmuşdur.

Noyabr ayında muxtar respublika idmançıları ölkə birinciliklərində 8 medal qazanmışlar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti


Muxtar respublikada dövlət gənclər siyasəti diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi gənclərlə iş və idman sahəsində həyata keçirilən tədbirlərin əhatə dairəsini genişləndirmişdir.

Oktyabr ayında Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar “Gənclər Paytaxtının ən yaxşı Tələbə Gənclər Təşkilatı” adlı müsabiqə, “Naxçıvan Gənclər Paytaxtıdır” mövzusunda foto-müsabiqə, tələbələrlə görüş, gənclər arasında “Xəmsə” Milli İntellektual və “Poliqon” Strateji İntellekt oyunları keçirilmişdir.

Bununla yanaşı 18 oktyabr - Dövlət Müstəqilliyi Günü ilə əlaqədar gənclərin Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında əsgər və zabitlərlə görüşü, “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy kitab götür” layihəsinin təbliğat kampaniyası təşkil olunmuşdur.

Ay ərzində Naxçıvan gənclərinin VIII konfransı olmuş, o cümlədən yaradıcı gənclərin, sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət müsabiqə keçirilmişdir.

Ötən dövrdə Naxçıvan Şahmat Mərkəzində Şahmat Federasiyasının kuboku uğrunda məktəblilər arasında muxtar respublika birinciliyi olmuşdur. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında kamandan oxatma, sağlamlıq imkanları məhdud şəxslər arasında pauerliftinq üzrə muxtar respublika birincilikləri, məktəblilərin Naxçıvan Muxtar Respublika Spartakiadası, Naxçıvan Şahmat Mərkəzində internet üzərindən Naxçıvan komandası ilə Qırğızıstan Respublikası Talas şəhərinin komandası arasında şahmat idman növü üzrə beynəlxalq yoldaşlıq görüşü keçirilmiş, idmanın müxtəlif növləri üzrə şəhər və rayon birincilikləri təşkil olunmuşdur.

Oktyabr ayında muxtar respublika idmançıları ölkə birinciliklərində 15, beynəlxalq turnirlərdə 1, Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 1 olmaqla, 17 medal qazanmışlar.

Press service of the Ministry of Youth and Sport
of the Nakhchivan Autonomous Republic
























Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2019