|
![]()
10 sentyabr 1986-cı il tarixdə Naxçıvan şəhərində anadan olub. 1992-ci ildə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbə daxil olub. 2008-2012-ci illərdə Naxçıvan Dövlət Universitetində “Bədən tərbiyəsi və idman” ixtisası üzrə bakalavr təhsili alıb. 2013-2014-cü illərdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin N saylı hərbi hissəsində Sulardan xilasetmənin taqım komandiri işləmiş, ehtiyatda olan leytenantdır. 2012-2021-ci illərdə UGİM-in məşqçi-müəllimi, 2015-ci ildən etibarən həmçinin təlimatçı vəzifəsini icra edib. 2019-cu ildən etibarən İlham Əliyev adına Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışıb. Ali Məclis Sədrinin 9 avqust 2021-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsinə təyin edilib. Ailəlidir.
![]()
20 may 1975-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danzik kəndində anadan olmuşdur. 1993-1997-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Vətən Müharibəsi veteranıdır. 2011-ci ildən Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının sədridir. 2002-ci ildə Naxçıvan Dövlət Universitetinin Biologiya fakültəsinin Biologiya ixtisasını bitirmişdir. 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin magistratura şöbəsini Botanika ixtisası üzrə bitirərək magistr dərəcəsi almışdır. 2016-cı ildə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində Hüquqşünaslıq ixtisası üzrə əlavə ali təhsili bitirmişdir. 2011-ci ildən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində nazir müavini vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var.
![]()
4 yanvar 1985-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 2006-2007-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 2008-ci ildə Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin Bədən tərbiyəsi və İdman ixtisasını bitirmişdir. 2013-cü ildə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin Sosial idarəetmə və hüquq ixtisasını, 2015-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fiziki tərbiyə nəzəriyyəsi və metodikası fakültəsinin magistratura təhsilini bitirmişdir. 2019-cu ildən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışır. I dərəcəli dövlət qulluqçusudur. Ailəlidir, 3 övladı var.
![]()
8 noyabr 1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Mahmudkənd kəndində anadan olmuşdur. 2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirmişdir. 2016-2017-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmişdir. 2018-ci ildən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatında nazir köməkçisi vəzifəsində çalışır. II dərəcəli dövlət qulluqçusudur. Ailəlidir.
![]()
2 iyun 1983-cü ildə Şahbuz rayon Şahbuz qəsəbəsində anadan olmuşdur. 2005-ci ildə Naxçıvan Özəl Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirmişdir. 2021-ci ildən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışır. I dərəcəli dövlət qulluqçusudur. Ailəlidir, 2 övladı var.
![]()
3 iyul 1979-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndində anadan olmuşdur. 2002-ci ildə Naxçıvan Özəl Universitetinin Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasını bitirmişdir. 2002-2003-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 2011-ci ildən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi Aparatında Ərazi orqanları ilə iş və kadrlar şöbəsinin müdiri vəzifəsində çalışır. Dövlət qulluğunun kiçik müşaviridir. Ailəlidir, 3 övladı var.
![]()
14 sentyabr 1981-ci ildə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olmuşdur. 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin Bədən tərbiyəsi və idman ixtisasını bitirmişdir. 2004-2005-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akedemiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirmişdir. 2013-cü ildən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri vəzifəsində çalışır. Dövlət qulluğunun kiçik müşaviridir. Ailəlidir, 3 övladı var.
![]()
12 yanvar 1978-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkərabad kəndində anadan olmuşdur. 2000-2001-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 2000-ci ildə Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin Bədən tərbiyəsi ixtisasını bitirmişdir. 2016-cı ildən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Ümumi sektorunun müdiri vəzifəsində çalışır. II dərəcəli dövlət qulluqçusudur. Ailəlidir, 2 övladı var.
![]()
20 noyabr 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Şada kəndində anadan olmuşdur. 1980-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsini bitirmişdir. 1995-ci il tarixdən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyində Maliyyə-Təchizat Sektorunun müdiri vəzifəsində çalışır. I dərəcəli dövlət qulluqçusudur. Ailəlidir, 3 övladı var.
|
![]() ![]() ![]() naxgin.az • 2018-2022
|