Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan Muxtar Respublikasının İstedadlı Gəncləri



25.01.2002 tarixdə Şərur rayonunun Dərvişlər kəndində anadan olmuşdur.

Şərur rayon Dərvişlər kənd tam orta məktəbinin XI sinif şagirdidir.

“Şair və şeir”, “Xalqıma xidmət” adlı iki şeir kitabı nəşr olunub.


23.06.2004 tarixdə Naxçıvan şəhərində anadan olmuşdur.

Naxçıvan şəhər 5 №-li tam orta məktəbin VIII sinif şagirdidir.

“Sevimli dostlarım-kitablar” adlı kitabı çap olunub.


1993-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur.

Naxçıvan Musiqi Kollecində müəllim olaraq çalışır.

“Hünər” XII vətənpərvərlik mahnıları müsabiqəsində I yeri qazanıb.


02.10.1994 tarixdə Babək rayonunun Cəhri kəndində anadan olmuşdur.

Naxçıvan Musiqi Kollecində müəllim olaraq çalışır.

Xalq çalğı alətləri üzrə respublika müsabiqəsində II dərəcəli diplomla təltif olunub.


Əliyev Əli Rafiq oğlu-1999-cu ildə Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub.

Naxçıvan Dövlət Universitetinin tələbəsidir.

Müxtəlif intellektual oyunların iştirakçısı, həmçinin 2019-cu ildə Bakı şəhərində keçirilən “Poliqon” Strateji İntellekt Oyunu üzrə Azərbaycan Universitetləri arasında keçirilən “II Universiada” kubokunda qalib gəlmiş “Diplomat” komandasının üzvüdür.

“Fəal gənc” nominasiyası üzrə mükafatlandırılıb.



Hacıyev Çinar Sahib oğlu-12 aprel 2001-ci ildə Ordubad rayon Kələntər kəndində anadan olmuşdur.

Naxçıvan Müəllimlər İnstitutunda təhsil alır.

Rəsm üzrə Azərbaycan və muxtar respublika birinciliklərinin qalibidir.

“Gənc rəssam” nominasiyası üzrə təltif olunub.




Əkbərli Fərid Vidadi oğlu-15 sentyabr 1999-cu ildə babək rayonunun Aşağı Buzqov kəndində anadan olub.

Naxçıvan Dövlət Universitetində təhsil alır.

Naxçıvan Dövlət Tələbə Teatr Studiyasının üzvüdür.

Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulmuş “Ölülər və Dəlilər”, “Xəyyam”, “Qılınc və Qələm” tamaşalarında iştirak etmiş, müxtəlif müsabiqələrin qalibi olmuşdur.

“İlin gənc aktyoru” nominasiyası üzrə mükafatlandırılıb.



Nadirov Məhərrəm Bəxtiyar oğlu-04 oktyabr 1999-cu ildə Şərur şəhərində anadan olub.

Naxçıvan Dövlət Universitetində təhsil alır.

Naxçıvan Dövlət Tələbə Teatr Studiyasının üzvüdür. Universitetin yallı və rəqs qrupunun rəhbəridir.

Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulmuş “Ölülər və Dəlilər”, “Xəyyam”, “Qılınc və Qələm” tamaşalarında, Naxçıvan şəhər Gənclik Xalq Teatrında “Yarım günlük rəis müavini” və Naxçıvan Dövlət Uşaq Teatrında bir çox tamaşalarda iştirak etmiş, müxtəlif müsabiqələrin qalibi olmuşdur.

“Fəal gənc” nominasiyası üzrə mükafatlandırılıb.



Həsənbəyli Günay Aftandil qızı- 18 mart 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur.

Bakı Dövlət Universitetinin bitirib.

Sədərək rayon 1-№ li tam orta məktəbində müəllimə olaraq işləyir.

Muxtar respublikada keçirilən Yaradıcı Gənclər Festivalının iştirakçısıdır.





Abdullayeva Xangül Zahar qızı-10 yanvar 2000-ci ildə Kəngərli rayonunda anadan olmuşdur.

Rəsm müsabiqələrinin iştirakçısı və qalibi olmuşdur.

Naxçıvan Dövlət Texniki Kollecində təhsil alır.

“Gənc rəssam” nominasiyası üzrə təltif olunub.






Əliyeva Duyğu Cabir qızı- 2005-ci ildə anadan olub.

Culfa şəhər 2 №-li tam orta məktəbində təhsil alır.

Culfa şəhər Musiqi Məktəbində fortopiano üzrə təhsil alır, həmçinin “Gülüstan” rəqs qrupunun üzvüdür.

Pantamima üzrə Yaradıcı Gənclər festivalı-I yer, Naxçıvan Muxtar Respublikası üzrə dram kollektivlərinin ifaçılıq müsabiqəsi-I yer, rayon üzrə keçirilən musiqi və rəqs müsabiqələrinin qalibi həmçinin adı 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na daxil edilmişdir.




Məmmədzadə Tural Tahir oğlu-03 mart 1998-ci ildə Naxçıvan şəhərində anadan olub.

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisasının magistr tələbəsi, “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin tyutoru vəzifəsində çalışır.

Müxtəlif intellektual oyunların iştirakçısı, həmçinin 2019-cu ildə Bakı şəhərində keçirilən “Poliqon” Strateji İntellekt Oyunu üzrə Azərbaycan Universitetləri arasında keçirilən “I Universiada” kubokunda qalib gəlmiş “Diplomat” komandasının kapitanıdır.

“Fəal gənc” və “Əlaçı tələbə” nominasiyaları üzrə mükafatlandırılıb.




Bağırov Siyavuş Mehdi oğlu-23 avqust 2003-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur.

Naxçıvan şəhər 8 №-li tam orta məktə bdə təhsil alır.

Dəfələrlə intellektual oyunlarda iştirak etmiş, I, II, III yerlərə layiq görülmüş, muxtar respublikada ilk dəfə yeniyetmələr arasında təşkil olunmuş "Breyn-Rinq" müsabiqəsində I yeri tutmuş, sınaq imtahanlarında yüksək nəticələr göstərmiş, qırmızı şəhadətnamə almışdır.

Naxçıvan Muxtar Respublikasında riyaziyyat və tarix fənləri üzrə keçirilən olimpiadalarda I yerə layiq görülmüş, tarix üzrə keçirilən ölkə səviyyəli olimpiadada gümüş medal qazanmışdır.

“Sabahın alimləri” müsabiqəsində ilk dəfə muxtar respublikanı təmsil etmiş və 3-cü yerə layiq görülmüşdür.

24 iyun 2019-cu ildə Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı ilə Gənc İstedadların "Qızıl Kitabı"na adı yazılmışdır.




Bəylərova Həcər Zöhrab qızı-8 mart 2002-ci ildə Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub.

Naxçıvan Dövlət Texniki Kollecində təhsil alır.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Gənc Rəssamlar bölməsinin üzvüdür.

Rəsm üzrə keçirilən bir sıra müsabiqələrin qalibidir.

Müxtəlif intellektual oyunların iştirakçısı və "Könüllü ol" layihəsinin fəal üzvüdür.




24 aprel 1991-ci ildə Ordubad rayon Nüsnüs kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin nəzdində “Gənc memarlar klubu”nu yaradıb. Naxçıvanda ilk dəfə təşkil edilən “Ənənəvi tendensiyalar” adlı memarlıq müsabiqəsində landşaft mövzusunda hazırladığı layihə yeni ideya baxımından bəyənilib və mükafata layiq görülüb. “Muxtariyyət və intibah” adlı yaradıcılıq müsabiqəsinə təqdim etdiyi eyni adlı rəsm əsərinə görə diplomla təltif olunub. “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” sərəncama əsasən layihənin eskizlərinin hazırlanmasında yaxından iştirak edib. Dəfələrlə rəsm üzrə keçirilən muxtar respublika birinciliklərinin qalibi adını qazanıb. 2018-ci ildə “İlin gəal gənci” adına, 2021-ci ildə isə Prezident mükafatına layiq görülüb. Hal-hazırda Naxçıvan Dövlət Universitetində müəllim olaraq çalışır.




6 avqust 2000-ci ildə Babək rayon Babək qəsəbəsində anadan olub. 2019-cu ildə Bakı şəhərində "Testene Art Baku" beynəlxalq müsabiqə laureatında 2-ci yeri, Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş muxtar respublika müsabiqəsində 1-ci yeri, Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş muxtar respublika müsabiqəsində 2-ci yeri qazanıb, 2019-cu ildə “İlin gənc musiqiçisi” nominasiyası üzrə mükafatlandırılıb. . Hal-hazırda Naxçıvan Dövlət Universitetinin tələbəsidir.




14 iyun 2001-ci ildə Naxçıvan şəhərində anadan olub. 2016-cı ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş muxtar respublika üzrə müsabiqədə 1-ci yerin qalibi, 2019-cu ildə Bakıda keçirilmiş "Testene Art Baku" beynəlxalq müsabiqəsinin laureatıdır (1-ci yer), 2020-ci ildə “İlin gənc musiqiçisi” nominasiyası üzrə mükafatlandırılıb.















Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021